Xəbər verdiyimiz kimi Azərbaycanda bəzi müğənnilərin efirlərə çıxışına qadağa qoyulduğu ilə bağlı siyahı yayımlanıb.
Bu siyahı televiziyaların mədəniyyət və incəsənət xadimləri tərəfindən ciddi tənqidindən sonra ortaya çıxdı.
Lent.az xəbər verir ki, efirə çıxışına qadağa qoyulan müğənnilərlə bağlı aparıcı Tarix Əliyev də paylaşım edib.
"Bu çıxan siyahı hələ tam deyil. Bəzi müğənnilər sevinməsin. Bildiyimə görə ikinci siyahı tezliklə çıxacaq",- deyə paylaşımda qeyd olunub.
Qeyd edək ki, bu gün Tarix Əliyev Space TV-dən getdiyini açıqlayıb.
Tarix Əliyev Tolik efir qadağası qoyulan müğənnilər