Ukrayna Prezidenti Volodimir Zelenski və Slovakiya Baş naziri Robert Fitso telefon danışığı aparıblar.
Bu barədə "Report" Ukrayna Prezidenti Ofisinə istinadən xəbər verir.
"Prezident onu mövcud bütün məsələləri müzakirə etmək üçün Ukraynaya dəvət edib", - ölkə Prezidentinin ofisindən bildirilib.
Daha əvvəl bildirilmişdi ki, Macarıstanın Baş naziri Viktor Orban bu gün slovakiyalı həmkarı Robert Fitso ilə telefon danışığı aparıb və iki ölkənin "Drujba" boru kəmərinin vəziyyətini öyrənmək üçün araşdırma komissiyası yaradacağını elan edib.
Qeyd edək ki, "Drujba" vasitəsilə Slovakiya və Macarıstana neft tranziti yanvarın 27-də Rusiyanın pilotsuz uçuş aparatının zərbəsindən sonra Ukraynanın qərbində avadanlıqların zədələnməsi səbəbindən dayandırılıb.