IMG-LOGO

ABŞ öz diplomatik missiyasının əməkdaşlarına və onların ailələrinə İsraildən çıxmağa icazə verib

27 Feb 2026 14:19 2 baxış
IMG

ABŞ Dövlət Departamenti öz diplomatik missiyasının fövqəladə məsələlərə cəlb olunmayan əməkdaşlarına və onların ailə üzvlərinə İsraildən çıxmağa icazə verib.

"Report" xəbər verir ki, bu barədə ABŞ-nin İsraildəki səfirliyi sosial şəbəkələrdə məlumat yayıb.

Qərar təhlükəsizlik riskləri ilə əlaqədar qəbul edilib.

"Təhlükəsizlik insidentlərinə cavab olaraq və əvvəlcədən xəbərdarlıq edilmədən ABŞ səfirliyi əlavə məhdudiyyətlər tətbiq edə və ya əməkdaşlara və onların ailə üzvlərinə İsrailin müəyyən bölgələrinə səfər etməyi qadağan edə bilər. Kommersiya reysləri mövcud olduğu müddətdə İsraili tərk etmək imkanını nəzərdən keçirmək tövsiyə olunur", - məlumatda bildirilib.

Xəbər lenti