İsveçin müdafiə naziri Pol Yonson müharibə təhlükəsi olduğu halda ölkə ərazisində nüvə silahının yerləşdirilməsi ehtimalını istisna etmir.
Bu barədə "Report" SVT-yə istinadən xəbər verir.
"Əgər müharibə başlayasa, əlbəttə ki, İsveçin mövcudluğunu və təhlükəsizliyini təmin edə biləcək hər şeyə açıq olacağıq", – o bildirib.
İsveç NATO üzvü olaraq sülh dövründə öz ərazisində nüvə silahının yerləşdirilməməsi barədə razılaşmaya malikdir. Lakin müharibə dövründə baş verənlərlə bağlı analoji razılaşma yoxdur.