IMG-LOGO

Dövlət Vergi Xidməti rezidentlik sertifikatı almaq istəyənlərə müraciət edib

27 Feb 2026 11:33 3 baxış
IMG

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rezidentlik sertifikatı almaq istəyənlərə müraciət edib.

"Report"un məlumatına görə, müraciətdə deyilir:

"Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılmasına dair beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları"na əsasən, Rezidentlik sertifikatı almaq üçün "Rezidentlik sertifikatının alınması haqqında" Ərizə (DTA-01 forması) bu gündən etibarən elektron qaydada Dövlət Vergi Xidmətinin internet səhifəsi new.e-taxes.gov.az vasitəsilə təqdim edilməlidir. Rezidentlik sertifikatları (ölkə ərazisində fəaliyyət göstərən daimi nümayəndəliklər, əcnəbilər və VÖEN-i olmayan fiziki şəxslər istisna olunmaqla) vergi ödəyicilərinə avtomatik qaydada təqdim olunacaq. Hər hansı bir texniki uyğunsuzluq yarandığı təqdirdə, məsələnin operativ həlli üçün [email protected] elektron poçt ünvanına müraciət edə bilərsiniz".

Xəbər lenti