IMG-LOGO

Polşa 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən qanun layihəsi hazırlayır

27 Feb 2026 11:59 4 baxış
IMG

Polşa 15 yaşına qədər uşaqlar üçün sosial şəbəkələri qadağan edəcək yeni qanun layihəsini irəli sürür.

"Report" xəbər verir ki, bu barədə Polşanın təhsil naziri Barbara Novaska "Bloomberg" agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, qanun layihəsi sosial şəbəkələrin xidmətlərinin uşaqlar üçün əlçatan qalması halında onlara cərimələr nəzərdə tutur və istifadəçilərinin yaşının yoxlanılması üçün məsuliyyəti onların üzərinə qoyur.

"Biz uşaqların və gənclərin psixi sağlamlığının pisləşdiyini, onların intellektual qabiliyyətlərinin azaldığını görürük", – nazir bildirib.

Onun sözlərinə görə, şirkətlərin pozuntulara görə ödəməli olacaqları cərimələrin məbləği hələ müzakirə olunur.

Qadağanın tətbiqi imkanını nəzərdən keçirən Polşa tənzimləyicilərin zərərli və asılılıq yaradan adlandırdıqları xidmətlərə milyonlarla gənc istifadəçinin çıxışını məhdudlaşdırmaqla hədələyən Almaniya, Danimarka, Fransa, İspaniya və Böyük Britaniya da daxil olmaqla, digər Avropa hökumətlərinə qoşulur.

Xəbər lenti