Məşhur sənətçi İbrahim Tatlıses, oğlu Ahmet Tatlıses və qızı Dilan Çıtakla bağlı qalmaqallı açıqlamalar verərək hər iki övladını mirasından məhrum etdiyini bildirib.
Lent.az yerli mediaya istinadla xəbər verir ki, sənətçi, oğlu Ahmet Tatlısesin və keçmiş köməkçisi Şule Yazarın ondan xəbərsiz Manisadakı beş evini satdığını və İzmir daxil olmaqla mülklərini ələ keçirdiklərini iddia edib.
Övladlarına qarşı sərt danışan Tatlıses, "Dilan və Ahmetə bir stul belə saxlamayacağam, layiq deyillər" deyib. O, yalnız digər qızı Zübeyde Melekdən razılığını bildirərək, çətin günlərində ona yalnız Melekin sahib çıxdığını vurğulayıb.
Dilan Çıtak atasının bu sözlərinə "Mənə maddi deyil, mənəvi atalıq lazım idi" deyərək reaksiya göstərib. Hadisələrə müdaxilə edən Tatlısesin keçmiş həyat yoldaşı Ayşegül Yıldız isə köməkçi Şule Yazarın qısa müddətdə böyük sərvət sahibi olmasını şübhəli adlandırıb. Yıldız, mülklərin necə ələ keçirildiyinin üzə çıxması üçün MASAK-ı (Maliyyə Cinayətlərini Araşdırma Qurumu) araşdırma aparmağa çağırıb.
İbrahim Tatlıses maqazin İbrahim Tatlısesin mirası