IMG-LOGO

Maduro ABŞ-də məhkəməsinin ləğvini tələb edir

27 Feb 2026 07:57 3 baxış
IMG

Venesuela Prezidenti Nikolas Maduro ABŞ-dəki məhkəməsinin prosedur pozuntularına görə ləğv olunmasını tələb edir.

"Report"un məlumatına görə, bu barədə Nyu-Yorkun Cənub Dairəsi Federal Məhkəməsinin məlumat bazasında dərc olunmuş bildirişdə deyilir.

Maduronun vəkili vəsatətdə prosedur qaydaları və ədalətli məhkəmə hüququnu təmin edən ABŞ Konstitusiyasının Altıncı Düzəlişinə aid pozuntulara istinad edib. Qeyd olunur ki, Venesuela hakimiyyəti həmçinin Maduroya vəkilinə pul ödəməyə mane olur. "Əgər məhkəmə bu vəsatət bildirişini rədd etsə, vəkil müvəkkilini təmsil etməkdən imtina niyyətindədir", - sənəddə deyilir.

Xəbər lenti