IMG-LOGO

İsrail "Hizbullah" xüsusi təyinatlılarının səkkiz hərbi düşərgəsinə zərbələr endirib

27 Feb 2026 01:06 2 baxış
IMG

İsrailin Müdafiə Ordusu Livanda "Hizbullah"ın "Radvan" xüsusi təyinatlı qüvvələrinin səkkiz hərbi düşərgəsinə zərbələr endirib.

"Report" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"Livanın Baalbek rayonunda hücuma məruz qalan obyektlərin ərazisində "Hizbullah"a məxsus raketlər də daxil olmaqla, külli miqdarda silah saxlanılırdı. Hərbi düşərgələr "Radvan" qüvvələri tərəfindən təlim və qarşıdurmaya hazırlıq, eləcə də İsrail Müdafiə Ordusu hərbçilərinə və İsrailin mülki əhalisinə qarşı terror aktlarının planlaşdırılması və həyata keçirilməsi üçün istifadə olunurdu", - bəyanatda bildirilib.

Mətbuat xidmətindən qeyd edilib ki, terrorçuların bu obyektlərdəki fəaliyyəti və "Hizbullah"ın öz potensialını bərpa etmək cəhdləri İsrail ilə Livan arasında atəşkəs haqqında razılaşmanın pozulmasıdır. İsrail Müdafiə Ordusu bəyan edib ki, "Hizbullah"ın genişlənməsinə və yenidən silahlanmasına imkan verilməyəcək, eləcə də İsrailə qarşı istənilən təhlükəni aradan qaldırmaq üçün fəaliyyət davam etdiriləcək.

Xəbər lenti