Qazaxıstanın Akmola vilayətinin Şuçinsk şəhərində kafedə qaz partlayışı və yanğın baş verib.
"Report"un məlumatına görə, bu barədə regionun Fövqəladə Hallar Departamentinin mətbuat xidməti xəbər yayıb.
İlkin məlumata görə, hadisə nəticəsində altı nəfər ölüb, təxminən 20 nəfər yaralanıb.
Qeyd olunur ki, Burabay rayonunun Şuçinsk şəhərində beşmərtəbəli yaşayış binasına bitişik birmərtəbəli kafedə qaz partlayışı olub, ardınca yanğın baş verib. Yanğınsöndürənlər yanan binadan səkkiz qaz balonu çıxarıb və 10-dan çox insanı xilas ediblər.