IMG-LOGO

"Bloomberg": ABŞ-nin yeni rüsumları Aİ malları üçün tarif həddini 4,2 milyard avro üstələyəcək

26 Feb 2026 01:57 2 baxış
IMG

ABŞ administrasiyasının yeni tarif siyasəti Avropa İttifaqı ölkələrindən gələn ümumi dəyəri 4,2 milyard avro (5 milyard dollar) olan malların tərəflərin ötən il razılaşdırdığı 15 faizlik həddi aşan idxal rüsumları ilə üzləşməsinə səbəb ola bilər.

"Report"un məlumatına görə, bu barədə "Bloomberg" agentliyi yazıb.

Mənbələrin məlumatına görə, ABŞ-nin yeni ticarət siyasəti reallaşacağı halda, kənd təsərrüfatı məhsullarının bir hissəsi (o cümlədən pendir və kərə yağı), plastik məmulatlar, parçalar, həmçinin kimyəvi maddələr tariflər üzrə müəyyən edilmiş "tavan" həddini keçəcək.

Agentlik Avropa Komissiyasının sözçüsü Olof Cillə istinadən qeyd edib ki, rüsumların yuxarı həddi Avropa İttifaqı ixracatının təxminən 7 %-i üçün keçilə bilər.

Bu həftənin əvvəlində Avropa Parlamenti ABŞ ilə tariflər haqqında sazişin ratifikasiyasını təxirə salıb. Həmin saziş Aİ-nin birtərəfli qaydada ABŞ-yə 15 % məbləğində ticarət rüsumları ödəmək öhdəliyini təsbit edir.

Xəbər lenti