IMG-LOGO

KİV: ABŞ Çinin hərbi fəaliyyətinin izlənilməsini təkmilləşdirmək üçün 12 milyard dollardan çox vəsait xərcləyəcək

25 Feb 2026 23:21 3 baxış
IMG

ABŞ hakimiyyəti Çinin hərbi fəaliyyətini izləmə sistemini gücləndirmək məqsədilə daha 12,6 milyard dollar xərcləyə bilər.

"Report" xəbər verir ki, bu barədə çərşənbə günü "Bloomberg" agentliyi ABŞ Konqresinə təqdim edilmiş sənədə istinadən məlumat yayıb.

"Pentaqonun Konqresə göndərdiyi büdcə sənədindən belə məlum olur ki, ABŞ Çinin Asiyadakı "görünməmiş hərbi güclənməsi"nə qarşı mübarizə aparmağa çalışdığı bir vaxtda bu ölkənin hərbi manevrlərini, sualtı qayıqlarını və peyklərini daha yaxşı müşahidə etmək üçün əlavə 12,6 milyard dollar xərcləməyi planlaşdırır", - məqalədə bildirilib.

Agentlik dəqiqləşdirib ki, bu xərclər Pentaqonun 2026-cı maliyyə ili üçün qəbul edilmiş 893 milyard dollarlıq müdafiə büdcəsindən ayrı olaraq əldə etmək istədiyi təxminən 152 milyard dollarlıq əlavə maliyyələşdirməyə daxil edilib.

Xüsusilə 1 milyard dolların məxfi hücum xarakterli kiberəməliyyatlara, 528 milyon dolların isə Çin və Rusiya kosmik aparatlarının ABŞ sistemlərinə qarşı hərəkətlərini izləməli olan erkən xəbərdarlıq kəşfiyyat peyklərinin genişləndirilməsinə xərclənməsi planlaşdırılır. Daha 143 milyon dollar ABŞ-nin sualtı qayıqları izləmə imkanlarının, o cümlədən okean dibindəki sensorlar hesabına yaxşılaşdırılmasına yönəldilməlidir.

"Bloomberg" qeyd edib ki, 1 milyard dollar ABŞ Kosmik Qüvvələrinin "Boeing" şirkətinin iştirakı ilə həyata keçirdiyi "X-37B Orbital Test Vehicle" proqramına ayrılacaq.

Xəbər lenti