IMG-LOGO

"Axios": Vaşinqton Tehranla müddətsiz nüvə sazişi bağlamaq istəyir

25 Feb 2026 23:40 2 baxış
IMG

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Vaşinqtonda qapalı görüşdə bəyan edib ki, Tramp administrasiyası 2015-ci il sazişi ilə müqayisədə İranla "vaxt məhdudiyyəti olmayan" daimi nüvə razılaşmasında israr edir.

"Report"un məlumatına görə, bunu "Axios" portalı ABŞ rəsmisi və daha iki mənbəyə istinadla yazıb.

"Biz iranlılarla danışıqlara onların qarşısında sazişin müddətinin bitməsi ilə bağlı heç bir bəndin olmadığı ilkin şərti ilə başlayırıq. Saziş bağlayıb-bağlamamağımızdan asılı olmayaraq, bizim şərtimiz belədir: siz ömrünüzün sonuna qədər müvafiq qaydada davranmalısınız", - nəşrin həmsöhbətləri Uitkoffun sözlərindən sitat gətiriblər.

Onların sözlərinə görə, xüsusi nümayəndə həmçinin qeyd edib ki, əgər İranla nüvə proqramı üzrə razılaşma əldə olunarsa, Vaşinqton İranın raket proqramı və regiondakı proksi qruplara dəstək məsələləri üzrə əlavə danışıqlar aparmaq istəyir.

ABŞ və İran arasında növbəti dolayı danışıqlar raundu 26 fevralda Cenevrədə Omanın vasitəçiliyi ilə keçiriləcək.

Bundan əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi ötən həftə "CBS2 telekanalına verdiyi müsahibədə bildirib ki, İran nüvə proqramının "həmişə dinc qalacağını" təmin edən "daha yaxşı" bir sazişi imzalaya bilər.

Xəbər lenti