Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Təhlükəsizlik Xidmətində kadr təmizləmələrinin aparılması barədə göstəriş verib.
"Report" xəbər verir ki, Zelenski bu barədə "Telegram" kanalında yazıb.
"Ukrayna Təhlükəsizlik Xidmətinin məruzələri olub – mən Yevgeni Xmaraya (Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri - red.) və Aleksandr Poklada (onun müavini - red.) xidmətin Ukraynanın maraqlarına uyğun fəaliyyət göstərməyənlərdən təmizlənməsi üzərində işləməyi tapşırdım", - Ukrayna lideri yazıb.
Zelenski həmçinin təfərrüatları açıqlamadan Ukrayna Təhlükəsizlik Xidmətində bir neçə saxlanılma barədə məlumat verib: "Artıq nəticələr var. Bu gün müvafiq saxlanılmalar olub və ədalətli hökmlərin çıxarılması çox vacibdir. Dövlət vəzifələrində olan hər kəs Ukrayna üçün və Ukrayna naminə işləməlidir. Başqa cür olmayacaq".