Türkiyənin məşhur aparıcısı Mehmet Ali Erbil ilə Gülseren Ceylanın yeddi aylıq nikahları bitib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, cütlük İstanbulun Beykoz 1-ci Ailə Məhkəməsində “evlilik birliyinin əsasdan sarsılması” səbəbi ilə tək iclasda boşanıb.
Xəbərlərdə bildirilir ki, tərəflər boşanma və evlilikləri ilə bağlı ictimaiyyətə danışmamaq şərti ilə xüsusi razılaşma əldə ediblər. Razılaşmaya əsasən, əgər hər hansı biri münasibətləri və boşanma barədə danışarsa, qarşı tərəf cinayət işi aça bilər.
Cütlüyün mülkiyyət və digər iddiaları olmayıb, Gülseren Ceylan evdən çıxıb və avtomobil ona verilib.
Erbil ilə Ceylan arasında 42 yaş fərqi var idi və onlar 2025-ci ilin avqust ayında evlənmişdilər.
Mehmet Ali Erbil Gülseren Ceylan boşanma Türkiyə məhkəməsi evlilik razılaşması media magazin xəbəri