Avropa İttifaqı (Aİ) ABŞ-nin tətbiq etdiyi rüsumlar və spirtli içkilərə qlobal tələbatın azalması səbəbindən təzyiqlə üzləşən Fransa şərabçılarını dəstəkləmək üçün 40 milyon avro yönəldəcək.
"Report"un Avropa bürosu Fransa KİV-ə istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı üzrə Avropa komissarı Kristof Hansen Parisdə ənənəvi kənd təsərrüfatı sərgisinin açılışından əvvəl bildirib.
Onun sözlərinə görə, fövqəladə maliyyələşdirmə Fransa iqtisadiyyatını dəstəkləmək məqsədi daşıyan tədbir kimi satılmamış məhsulun distillə edilməsinə yönəldiləcək.
KİV-in məlumatına görə, spirtli içkilərə tələbatın azalması istehlakçı vərdişlərinin dəyişməsi ilə əlaqədardır - gənclər getdikcə daha çox sağlam həyat tərzini seçirlər.
ABŞ Prezidenti Donald Tramp tərəfindən Avropa şərabının ixracına tətbiq edilən tariflər və güclənən rəqabət isə əlavə təzyiq yaradır.