IMG-LOGO

Elgizlə Tolikin verilişlərinin formatı dəyişdirilir - ÖZƏL

25 Feb 2026 17:25 2 baxış
IMG
0 0

Xəbər verdiyimiz kimi, sosial mediada Toliklə Elgizin verilişlərinin bağlanması barədə xəbər yayılıb.

Elgizin müəllifi və aparıcısı olduğu "Elgizlə izlə" proqramı bu gün saat 14:45-də efirə getməli imiş. Lakin veriliş yayımlanmayıb.

Tolikin verilişi isə bu gün efirə gedib. 

Lent.az-ın əldə etdiyi məlumata görə, Elgizin müəllifi və aparıcısı olduğu "Elgizlə izlə" proqramının formatı dəyişdiriləcək. 

Tək "Elgizlə izlə" deyil, televiziyalardakı bir çox əyləncəli verilişlərin formatı və hətta aparıcılarının da dəyişdiriləcəyi bildirilir. 

Hələlik isə bu barədə rəsmi məlumat yoxdur. 

 

şou verilişlər televiziyalarda şou Elgiz Tolik

Xəbər lenti