IMG-LOGO

Elgizin vaxtında İlqar efirə çıxdı

25 Feb 2026 15:52 2 baxış
IMG
1 0

Xəbər verdiyimiz kimi, aparıcı Elgiz Əkbərin verilişi bu gün yayımlanmayıb.

Onun müəllifi və aparıcısı olduğu "Elgizlə izlə" proqramı bu gün saat 14:45-də efirə getməli imiş. Lakin veriliş yayımlanmayıb.

Elgizin verilişinin vaxtında İlqar Mikayıloğlunun aparıcısı olduğu "Günə Bax" efirə gedib. 

Xatırladaq ki, "Günə Bax" buna qədər həftə içi hər gün 13:00-da yayımlanırdı.

Qeyd edək ki, Elgiz Əkbərin "Elgizlə izlə" verilişi isı həftə içi hər gün saat 14:45-də canlı yayımlanırdı.

Xatırladaq ki, dünən Elgiz Əkbərin aparıcılıq etdiyi "Elgizlə izlə" verilişinin yayımının dayandırılması barədə xəbər yayılıb.

Sizin brauzer video tagını dəstəkləmir. Elgizlə izlə

Xəbər lenti