IMG-LOGO

"Altında yazarsınız ki, şərhsiz" - Yatan alim DANIŞDI

25 Feb 2026 16:20 2 baxış
IMG
1 0

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında bir sıra akademik və professorların yatan fotoları yayılıb.

Həmin fotolardakı alimlərdən biri də AMEA-nın müxbir üzvü, ədəbiyyatşünas, filologiya elmləri doktoru Tehran Əlişanoğludur.

O, Lent.az-a açıqlamasında bildirib ki, alim haqqında fikirlər onun əsərlərindən yaranır, hansısa iclasdan yox:

Niyə belə hallarda müəllim yada düşür. Akademiya ilə bağlı suallar verin, cavablandırım. Şəkli kim çəkib, nəyə görə çəkib, nə məqsədlə çəkib, deyə bilmərəm, onun öz işidir. Mən də o epizodda düşmüşəmsə, lap yaxşı. Alim haqqında fikirlər onun əsərlərindən yaranır, hansısa iclasdan yox. Şəkilləri görəndən sonra mənim obrazım haqqında fikirləriniz dəyişə bilər? Başqa sözüm də yoxdur. Altında yazarsınız ki, şərhsiz”.

AMEA YATAN ALİMLƏR

Xəbər lenti