Ötən il Azərbaycan 170,7 milyon ABŞ dolları dəyərində 18 min 973 ton meşə fındığı ixrac edib.
"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisindən dəyər ifadəsində 32 % çox, kəmiyyət olaraq – 6 % azdır.
Hesabat dövründə Azərbaycan Rusiyaya 67,5 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 3 % az) 8 min 521 ton (-26 %), Almaniyaya 40,4 milyon ABŞ dolları dəyərində (+88 %) 3 min 664 ton (+31 %), İtaliyaya 19,1 milyon ABŞ dolları dəyərində (+34 %) 1 min 888 ton (-2 %), İsveçrəyə 10,8 milyon ABŞ dolları dəyərində (+2,8 dəfə) 960 ton (+71 %), Türkiyəyə 9,6 milyon ABŞ dolları dəyərində (+2 dəfə) 1 min 265 ton (+65 %) məhsul satıb.
Azərbaycan 6 il 10 aylıq fasilənin ardından Livana (187,2 min ABŞ dolları dəyərində 24 ton) tədarükü bərpa edib.