IMG-LOGO

Tehranda Yaponiya vətəndaşı saxlanılıb

25 Feb 2026 08:53 2 baxış
IMG

İran hakimiyyəti Tehranda Yaponiya vətəndaşını saxlayıb.

"Report"un "Reuters"ə istinadən verdiyi məlumata görə, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibinin müavini Masao Ozaki gündəlik brifinqdə danışıb.

O bildirib ki, Yaponiya tərəfi İran hakimiyyətindən onun dərhal azad edilməsini tələb edib. Yaponiya hökumətinin sözçüsü əlavə şərh verməkdən və ya saxlanmanın səbəblərini dəqiqləşdirməkdən vurğulayıb:

"Həbs 20 yanvarda baş tutsa da, təkrarlanan tələblərimizə və davam edən diplomatik səylərimizə baxmayaraq, Yaponiya vətəndaşı hələ də İran həbsindədir".

Xəbər lenti