ABŞ-nin "F-22" qırıcıları bu gün Böyük Britaniyadan İsrailin cənubundakı hərbi hava qüvvələrinin (HHQ) bazasına istiqamətlənib.
"Report" xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.
Qeyd olunub ki, ümumilikdə 12 "F-22" qırıcısı İngiltərədəki bazadan qalxarkən müşahidə edilib. Onlardan birinin texniki nasazlığa görə geri qayıtdığı bildirilib.
Qırıcıların Yaxın Şərqə köçürülməsi ABŞ Prezidenti Donald Trampın Tehranla nüvə proqramı üzrə danışıqlar uğursuz olacağı təqdirdə İrana qarşı hərbi əməliyyatlara başlamaq barədə hədələri fonunda baş verir.
Əvvəllər ABŞ-nin İranın yaxınlığında hərbi möcudluğunu artırdığı və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirdiyi barədə məlumat yayılıb.