İsveçrə və ABŞ Müdafiə Nazirliklərinin nümayəndələri ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etmək üçün fevralın 25-də Vaşinqtonda danışıqlar aparacaqlar.
"Report" xəbər verir ki, bu barədə konfederasiya hökumətinin mətbuat xidməti məlumat yayıb.
"2026-cı il fevralın 25-də Vaşinqtonda İsveçrə və ABŞ Müdafiə Nazirlikləri arasında danışıqlar baş tutacaq", - məlumatda bildirilib.
Qeyd olunub ki, konfederasiya nümayəndə heyətinə Müdafiə Nazirliyinin tərkibinə daxil olan İsveçrənin Təhlükəsizlik Məsələləri üzrə dövlət katibliyinin rəhbəri Markus Meder başçılıq edəcək. O, ABŞ müdafiə nazirinin Avropa və NATO məsələləri üzrə köməkçisinin müavini Devid Beykerlə görüşəcək.
"Görüşün məqsədi təhlükəsizlik sahəsindəki vəziyyəti və ikitərəfli əməkdaşlığı müzakirə etməkdir. Əsas diqqət Avropada təhlükəsizlik sahəsindəki vəziyyətə və Transatlantik münasibətlərin inkişafına yönələcək", - qeyd olunub.