IMG-LOGO

Zelenski ABŞ-nin müharibəni 4 iyula qədər bitirmək istəyinə münasibət bildirib

24 Feb 2026 23:46 3 baxış
IMG

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin Rusiya-Ukrayna müharibəsini 4 iyula qədər bitirmək istəyinə dair xəbərlərdən məlumatsız olduğunu bəyan edib.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bu barədə Zelenski fevralın 24-də müharibənin 4 illiyi ilə bağlı Kiyevdə keçirilən mətbuat konfransında bildirib.

V. Zelenski qeyd edib ki, Ukrayna və Rusiya ilə üçtərəfli danışıqlarda ABŞ nümayəndə heyəti Vaşinqtonun müharibəni mümkün qədər tez başa çatdırmaq istəyini bəyan edib:

"Amma konkret vaxt qoyulmayıb. Ukrayna müharibənin tez başa çatmasını dəstəkləyir. Lakin bunun üçün öz ərazilərini verməli olacağı halda yox"-deyə, o əlavə edib.

Xəbər lenti