IMG-LOGO

Britaniya "Drujba" neft kəmərini sanksiyalardan azad edib

24 Feb 2026 23:50 3 baxış
IMG

Böyük Britaniya "Drujba" neft kəmərini sanksiyalardan azad edib.

"Report" xəbər verir ki, bu Britaniyanın Maliyyə Sanksiyalarını Tətbiqetmə İdarəsinin yenilənmiş baş lisenziyasında bildirilib.

Sənəddə qeyd olunub ki, istisna 2027-ci il oktyabrın 14-dək qüvvədədir.

"Drujba" Ukrayna, Rusiya, Belarus, eləcə də Avropa İttifaqının bir neçə ölkəsinin ərazilərindən keçən neft kəmərləri şəbəkəsidir. Rusiya hissəsinə "Transneft"in törəmə neft kəməri şirkəti sahiblik edir.

Bu gün Britaniya Maliyyə Nazirliyi Rusiyaya qarşı sanksiyalar siyahısını 297 bənd genişləndirib. Məhdudiyyətlərə düşənlər arasında "Transneft" də var.

Xatırladaq ki, yanvarın 27-də Rusiya pilotsuz uçuş aparatının zərbəsindən sonra Ukraynanın qərbində avadanlığın zədələnməsi səbəbindən "Drujba" vasitəsilə Slovakiya və Macarıstana neft tranziti dayandırılıb.

Xəbər lenti