Luvr muzeyinin direktoru Lorans de Kar Fransa Prezidenti Emmanuel Makrona istefa ərizəsini təqdim edib.
"Report" xəbər verir ki, bu barədə Yelisey sarayına istinadən "Agence France-Presse" (AFP) məlumat yayıb.
Agentlik qeyd edib ki, dövlət başçısı bu ərizəni qəbul edib.
Bildirilib ki, Lorans de Kar Parisin əsas muzeyinin ilk qadın direktoru olub. O, bu vəzifəni 2021-ci ildə tutub. Agentlik onu kimin əvəzləyə biləcəyini dəqiqləşdirməyib.
Xatırladaq ki, son vaxtlar muzey bir sıra çətinliklərlə, o cümlədən 2025-ci ilin oktyabrında baş vermiş qalmaqallı soyğunçuluq, bəzi zalların su basması və əmək şəraitinin yaxşılaşdırılmasını tələb edən personalın davamlı tətilləri ilə üzləşib.