IMG-LOGO

Lyayen: Rusiyaya qarşı 20-ci sanksiya paketinin qəbulu zaman məsələsidir

24 Feb 2026 21:34 4 baxış
IMG

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Avropa İttifaqının (Aİ) gec-tez Rusiyaya qarşı 20-ci sanksiya paketini qəbul edəcəyinə əminliyini ifadə edib.

"Report" xəbər verir ki, o bu barədə Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında bildirib.

"Sanksiyalar yekdilliklə qəbul edilməlidir və təbii ki, bu prinsip dəyişməyəcək. Biz 19-cu sanksiya paketi üzərində kifayət qədər uğurla işlədik. Bu proseslərin heç biri sadə olmayıb, lakin əvvəlki paketin təcrübəsinə əsaslanaraq, əminəm ki, biz 20-ci paketi də qəbul edəcəyik", - Fon der Lyayen deyib.

Qeyd edək ki, yeni paket Rusiya neftinin dəniz yolu ilə daşınmasına tam qadağanı, ixrac məhdudiyyətlərinin gücləndirilməsini, kölgə donanmasına qarşı sanksiyaların 43 gəmi ilə genişləndirilməsini və sanksiyalardan yayınmaya qarşı tədbirləri əhatə edəcək.

Aİ həmçinin 360 milyon avrodan çox dəyərində avadanlıq və xidmətlərin ixracına məhdudiyyətlər tətbiq etməyi, üçüncü ölkələrdəki bir sıra bankların sanksiya altında olan malların qeyri-qanuni ticarətində iştirakını bloklamağı və kriptovalyutalara qarşı tədbirlər görməyi planlaşdırır.

Xəbər lenti