IMG-LOGO

ABŞ Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə göndərib

24 Feb 2026 19:53 4 baxış
IMG

ABŞ İran yaxınlığında hərbi mövcudluğunu artırıb və Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə göndərib.

"Report" xəbər verir ki, bu barədə "The Washington Post"un məqaləsində qeyd olunub.

Bildirilib ki, göndərmə Vaşinqtonla Tehran arasında fevralın 17-də xüsusi irəliləyiş olmadan başa çatan danışıqların ikinci raundu bitdikdən sonra baş verib.

Ekspertlər qeyd ediblər ki, hazırkı göndərmə son iyirmi ildən artıq müddətdə ən irimiqyaslı əməliyyatlardan biridir. Mütəxəssislər hesab edirlər ki, hazırda qüvvələrin yerləşdirilməsi quru müdaxiləsi olmadan planlaşdırılan bir neçə günlük hərbi əməliyyata işarə edir.

ABŞ qüvvələrinin artırılması Prezident Donald Trampın İranın nüvə proqramı üzrə razılaşma əldə olunmayacağı təqdirdə bu ölkəyə hücumla bağlı hədələrindən sonra baş verib. İran nümayəndələri bildiriblər ki, razılaşmanın əldə olunması mümkündür, lakin vaxt tələb olunur.

Xəbər lenti