IMG-LOGO

Ən dadlı toyuqlu axşam yeməyinin RESEPTİ

24 Feb 2026 18:54 4 baxış
IMG
0 0

Axşam yeməyi üçün sobada pomidor, kəsmik və xama ilə sadə və şirəli toyuq resepti.

Lent.az bu resepti təqdim edir:

Bu reseptlə toyuq filesi çox tez hazırlanır və bütün inqrediyentləri cəmi 10 dəqiqəyə hazır vəziyyətə gətirmək mümkündür. 

İnqrediyentlər

Toyuq filesi - 2 ədəd

Duz - zövqə görə

Qara üyüdülmüş istiot - bir çimdik

Yağ - 1-2 xörək qaşığı

Pomidor - 1-2 ədəd

Göyərti - 2 budaq

Yumurta - 2 ədəd

Quru italyan otları - 0,5 çay qaşığı

Limonlu istiot - 0,5 çay qaşığı

Quru üyüdülmüş sarımsaq - 0,5 çay qaşığı

Xama - 7 xörək qaşığı

Sərt pendir - 70 qram

Hazırlanma qaydası

Toyuq filesini kiçik kub şəklində doğrayın. Dərhal duz və istiot əlavə edin. Soba qabının altını və kənarlarını yağlamaq üçün bir az yağ tökün. Toyuğu bərabər qatla düzün. Bir qabda yumurtaları çalın, duz əlavə edin, bütün ədviyyatları, xamanı və rəndələnmiş pendirin (ümumi miqdarın 2/3 hissəsini) əlavə edib yaxşıca qarışdırın.

Alınan qarışığı toyuğun üzərinə tökün. Pomidorları nazik dairələr şəklində doğrayın, qarışığın üzərinə düzün və qalan pendiri səpin. Qabı folqa ilə örtüb əvvəlcədən 200 dərəcəyə qədər qızdırılmış sobada 25 dəqiqə bişirin. Daha sonra folqanı çıxarın və üzəri qızarması üçün əlavə 10 dəqiqə sobada saxlayın.  

Mətbəx toyuq toyuq filesi

Xəbər lenti