IMG-LOGO

Azərbaycan süd və qaymaq idxalını 50 %-ə yaxın artırıb

24 Feb 2026 17:36 3 baxış
IMG

Bu ilin yanvar ayında Azərbaycan 2 145 ton süd və qaymaq idxal edib.

"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə süd və qaymağın dəyəri 3 milyon 428.77 min ABŞ dollar təşkil edib.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 700 ton (48,4 %), dəyər baxımından isə 1 milyon 604 (87,8 %) çoxdur.

Hesabat dövründə süd və qaymaq idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,3 %-ni təşkil edib.

Xatırladaq ki, ötən ay Azərbaycan xarici ölkələrlə 3 milyard 538 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, illik müqayisədə 30,5 % azdır.

Xarici ticarət dövriyyəsinin 2 milyard 236 milyon ABŞ dolları ixracın, 1 milyard 302 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 26,4 % azalıb, idxal isə 36,5 % azalıb.

Son nəticədə xarici ticarətdə 934 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,3 % azdır.

Xəbər lenti