IMG-LOGO

Azərbaycan UNESCAP-ın təşkil etdiyi forumda təmsil olunur

24 Feb 2026 17:40 3 baxış
IMG

Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) Tailandın paytaxtı Banqkokda keçirilən, dayanıqlı inkişafa həsr olunmuş 13-cü Regional Forumunda təmsil olunur.

"Report" bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, tədbirdə Azərbaycan Forumun İdarəedici Bürosuna üzv seçilib. Ölkəmizi Forumun sədr müavini qismində nazirin müşaviri Hüseyn Hüseynov təmsil edir.

Tədbirdə 40-dan çox ölkədən 1200-dən çox dövlət rəsmisi, beynəlxalq təşkilat, özəl sektor və qeyri-hökümət təşkilatlarının nümayəndələri iştirak edir. Forumda Asiya və Sakit Okean regionu ölkələrində Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində mövcud çağırışlar, prioritetlər və əməkdaşlıq imkanları müzakirə olunur.

Xəbər lenti