IMG-LOGO

Makron: Rusiyaya qarşı sanksiyalar və tədbirlər davam etdiriləcək

24 Feb 2026 13:18 3 baxış
IMG

Fransa Prezidenti Emmanuel Makron Avropanın Rusiya neftinin daşınması ilə əlaqəli tankerlərin imkanlarını məhdudlaşdırmağa davam edəcəyini bəyan edib.

"Report" xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.

"Biz həmçinin Rusiya hərbi iqtisadiyyatını təqib etməyə davam edəcəyik: sanksiyalar kursuna sadiq qalacaq və "kölgə donanması"na qarşı tədbirlərimizi davam etdirəcəyik. Təhlükəsizlik olmadan sülh olmayacağı və Ukraynada təhlükəsizliyimiz təhdid altında olduğu üçün biz könüllülər koalisiyasında iştirakımızı davam etdirəcəyik", - o qeyd edib.

Makron xatırladıb ki, Avropa ölkələri Ukraynaya 90 milyard avro məbləğində vəsaitin ayrılması ilə bağlı razılığa gəliblər.

"Avadanlıq və sursat tədarükü, təlim, hava hücumundan müdafiə və pilotsuz uçuş aparatlarına qarşı mübarizənin gücləndirilməsi davam etdiriləcək", - prezident yazıb.

Xəbər lenti