IMG-LOGO

Fransa XİN ABŞ səfirinin hökumət binalarına girişinə qadağa qoyub

24 Feb 2026 13:52 3 baxış
IMG

Fransa xarici işlər naziri Jan-Noel Barro ABŞ səfiri Çarlz Kuşnerin Xarici İşlər Nazirliyinə (XİN) ikinci dəfə gəlməməsindən sonra hökumət binalarına onun girişini bağlamaq barədə sərəncam verib.

"Report" Avropa bürosu Fransa XİN-ə istinadən xəbər verir ki, amerikalı səfir fransalı ultrasağçı fəal Kventin Derankın ölümü ilə bağlı şərhlərə dair izahat üçün quruma çağırılıb.

"Səfirlik missiyasının bu tələblərini anlamaqla bağlı açıq-aşkar bacarıqsızlıq fonunda XİN başçısı Fransa hökumətinin üzvləri ilə birbaşa əlaqə imkanının səfirə artıq verilməməsini tələb edib", - məlumatda bildirilib.

Bilidirilib ki, lakin Kuşnerə öz diplomatik vəzifələrini yerinə yetirməyə və rəsmi şəxslərlə fikir mübadiləsi aparmağa icazə veriləcək.

Fransa KİV-i vəziyyəti Paris və Vaşinqton arasında diplomatik münaqişənin daha bir nümunəsi kimi qiymətləndirir.

Qeyd edək ki, 23 yaşlı Kventin Derank fevralın 12-də Lionda radikal sol və ultrasağçı partiyaların tərəfdarları arasında toqquşmalardan sonra başına aldığı xəsarətdən ölüb.

Xatırladaq ki, Çarlz Kuşner ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin atasıdır.

Xəbər lenti