IMG-LOGO

Niyə idman köynəyi ilə təyyarəyə minmək olmaz? - Səbəbi AÇIQLANDI

24 Feb 2026 12:37 5 baxış
IMG
0 0

American Airlines aviaşirkətinin stüardessası sərnişinləri uçuş zamanı geyim seçiminə yenidən baxmağa çağırıb və futbolkalardan imtina etməyi tövsiyə edib.Onun sözlərinə görə, məsələ geyim qaydaları ilə bağlı deyil, fövqəladə vəziyyət zamanı elementar təhlükəsizliklə əlaqədardır.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, stüardessa Andrea Fişbax uçuş zamanı uzunqollu geyimlər və bədəni maksimum örtən şalvarlar seçməyi tövsiyə edir.

Təyyarədə geyinilməsi məsləhət görülməyən digər geyimlər

Andrea Fişbax səfər zamanı problem yarada biləcək digər geyim və aksesuarları da sadalayıb: dar və bədəni sıxan geyimlər, hündür daban ayaqqabılar, həddindən artıq zinət əşyaları və aksesuarlar.

Onun sözlərinə görə, bu cür əşyalar hava limanında təhlükəsizlik yoxlaması zamanı gecikmələrə səbəb ola bilər.

Bundan əvvəl Ryanair aviaşirkəti də sərnişinləri cins şalvarda uçuşdan çəkinməyə çağırmışdı. Bu çağırış səyahətçilər arasında birmənalı qarşılanmayıb.

Şirkət səbəbləri ətraflı izah etməsə də, həkim Hyu Pabarue açıqlamasında bildirib ki, dar cins şalvarlar uzun müddət oturaq vəziyyətdə qalarkən hərəkəti məhdudlaşdırdığı üçün dərin ven trombozu riskini artıra bilər.

Dərin ven trombozu nədir və nə üçün təhlükəlidir?

Dərin ven trombozu (DVT) dərin venalarda qan laxtasının yaranması ilə xarakterizə olunur. Laxta qoparaq ağciyərlərə düşərsə, ağciyər arteriyasının tromboemboliyası inkişaf edə bilər ki, bu da həyati təhlükə yaradan vəziyyətdir.

Fişbax uçuş zamanı hərəkətin vacibliyini xüsusi vurğulayıb: “Əgər boyunuz hündürdürsə, tez-tez səyahət edirsinizsə və ya uzunmüddətli uçuş edirsinizsə, bu xüsusilə vacibdir”, - o bildirib.

Stüardessa sərnişinlərə yerində belə imkan daxilində hərəkət etməyi və qan dövranını aktiv saxlamağı tövsiyə edib.

Onun fikrincə, uçuş üçün ən optimal seçim hərəkəti məhdudlaşdırmayan, çox dar olmayan, uzunqollu və şalvar tipli, bədəni örtən rahat geyimdir. Bu cür seçim fövqəladə təxliyə zamanı əlavə qoruma təmin edə və uzunmüddətli reyslərdə qan dövranı ilə bağlı riskləri azalda bilər.

təyyarə uçuş

Xəbər lenti