IMG-LOGO

ADSEA: Azərbaycanın təxminən bir ildən bir qədər artıq su ehtiyatı var

24 Feb 2026 12:41 4 baxış
IMG

Azərbaycanda hazırda su qıtlığı müşahidə olunmur, lakin mövcud ehtiyatlar uzunmüddətli dövr üçün yetərli hesab edilmir.

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Strategiya, beynəlxalq əməkdaşlıq və elm şöbəsinin rəisi Riad Axundzadə "Su təhlükəsizliyi Azərbaycanda: Tənzimləmə, risklər və biznesin məsuliyyətli hərəkətləri" mövzusunda keçirilən dəyirmi masada bildirib.

Onun sözlərinə görə, hazırda ölkənin su anbarlarında təxminən 16-17 milyard kubmetr su ehtiyatı mövcuddur, illik istehlak isə 11-12 milyard kubmetr təşkil edir:

"Bu, təxminən bir ildən bir qədər artıq su ehtiyatı deməkdir. Lakin bu kifayət deyil. Eyni zamanda, köhnəlmiş infrastruktur səbəbindən suyun paylanması zamanı ciddi itkilər yaranır. Su ehtiyatlarının səmərəli idarə olunması və itkilərin azaldılması prioritet istiqamətlərdəndir".

Xəbər lenti