İndiyə qədər Ağdam Sənaye Parkına 145,8 milyon manat investisiya yatırılıb.
"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu park rezidentlərin sayına görə ölkədə ikinci sıradadır: "Burada 32 rezident və 5 qeyri-rezident qeydiyyatdan keçib, 13 müəssisə fəaliyyət göstərir. 1 000-ə yaxın daimi iş yeri yaradılıb. İşə qəbul zamanı yerli əhaliyə üstünlük verilir. Parkda istehsal edilən məhsullar daxili bazarda satılmaqla yanaşı, həm də ixrac edilir. İndiyə qədər 1,4 milyard manatlıq məhsul satışı həyata keçirilib ki, bunun da 62,3 milyon manatlıq hissəsi ixrac olunub".
Bundan başqa, S.Adıgözəlov deyib ki, Cəbrayıl rayonunda yerləşən "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkına isə 43,8 milyon manatdan çox investisiya yatırılıb: "Burada 19 rezident və 3 qeyri-rezident qeydiyyatdan keçib, 100-ə yaxın iş yeri yaradılıb".