Mark Kaufman korrupsiyaya qarşı mübarizə proqramının tələblərini pozduğu üçün tennisdən uzaqlaşdırılıb.
"Report" Beynəlxalq Tennis Dürüstlük Agentliyinin (ITIA) rəsmi saytına istinadən xəbər verir ki, 20 yaşlı rusiyalı idmançı proqramın şərtlərini yerinə yetirmədiyi üçün cəzalandırılıb.
Sanksiya 2025-ci il dekabrın 24-dən qüvvəyə minib. Tennisçi cari il yanvarın 9-da qərardan şikayət etsə də, fevralın 18-də onun apellyasiyası rədd edilib.
M.Kaufmanla yanaşı, serbiyalı idmançılar Draqinya Vukoviç və Mila Masiç də müvəqqəti olaraq yarışlardan kənarlaşdırılıblar.
Bu müddətin nə qədər olacağı hələlik açıqlanmayıb.