IMG-LOGO

Çin ABŞ Dövlət Departamentinin nüvə sınaqları ilə bağlı ittihamlarını rədd edib

24 Feb 2026 07:22 2 baxış
IMG

Pekin ABŞ Dövlət Departamentinin son illər Çində nüvə sınaqları ilə bağlı ittihamlarını tamamilə əsassız hesab edir.

"Report"un məlumatına görə, bu barədə Çinin tərksilah məsələləri üzrə fövqəladə və səlahiyyətli səfiri Şen Szyan bildirib.

"ABŞ-nin Çinin nüvə sınaqları keçirməsi ilə bağlı ittihamları tamamilə əsassızdır", - Çinin Mərkəzi Televiziyası onun Cenevrədə keçirilən tərksilah konfransının iclasında dediyi sözləri sitat gətirib.

O, Pekinin Nüvə Sınaqlarının Hərtərəfli Qadağan edilməsi Müqaviləsinin məqsəd və vəzifələrini qətiyyətlə dəstəklədiyini vurğulayıb. Şen Szyan qeyd edib ki, Vaşinqton bu cür fəaliyyətlərə moratorium qoyulması ilə bağlı öhdəliklərinə əməl etməli və bu məsələdə qlobal konsensusu dəstəkləməlidir.

Onun sözlərinə görə, ABŞ-nin Çinə qarşı ittihamları Amerika tərəfinin öz nüvə sınaqlarını bərpa etməsi üçün sadəcə bəhanədir.

Xəbər lenti