IMG-LOGO

Meksikada iğtişaşlardan sonra Haliskoya əlavə 2 min hərbçi göndərilib

24 Feb 2026 06:51 2 baxış
IMG

"Yeni nəsil Halisko" karteli başçısının zərərsizləşdirilməsindən sonra başlayan iğtişaşlar fonunda Meksika Milli Müdafiə Nazirliyinin təxminən 2 000 hərbi qulluqçusu təhlükəsizliyi təmin etmək üçün Halisko ştatına gəlib.

"Report"un məlumatına görə, bölgənin qubernatoru Pablo Lemus bu barədə ştat hökumətinin operativ toplantısında bildirib. Onun çıxışının videosu siyasətçinin "X" sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib.

"Milli Müdafiə Nazirliyinin iki min xidmətçisi Halisko küçələrində patrul xidməti göstərmək üçün gəlib. Bu əməkdaşlar artıq vəzifələrinin icrasına başlayıblar", - o deyib.

P.Lemusun sözlərinə görə, hakimiyyət orqanları bölgədə normal həyatın tədricən bərpası və nəhayət yolları nəqliyyatın hərəkəti üçün açmaq üçün işlərini davam etdirir. İctimai nəqliyyatın 24 fevralda tam fəaliyyətə başlaması gözlənilir.

Qubernator həmçinin xatırladıb ki, mövcud vəziyyəti nəzərə alaraq, ştatdakı bütün ictimai tədbirlər ləğv edilib və təhsil müəssisələrində əyani dərslər dayandırılıb. O, bölgənin federal hökumətdən tam dəstək aldığını vurğulayıb.

Xəbər lenti