ABŞ dövlət katibi Marko Rubio Karib Hövzəsi Ölkələri Birliyinin Hökumət Başçıları Konfransının (CARICOM) 50-ci iclasında iştirak etmək üçün fevralın 25-də Sent-Kits və Nevisə yola düşəcək.
"Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Qeyd olunub ki, səfər çərçivəsində Rubio regional təhlükəsizliyin gücləndirilməsi, qanunsuz miqrasiya və qaçaqmalçılıqla mübarizədə əməkdaşlığın genişləndirilməsi, həmçinin regionda iqtisadi artım, səhiyyə və enerji təhlükəsizliyinin təşviqi daxil olmaqla, prioritet məsələləri müzakirə etmək üçün Karib hövzəsi ölkələrinin liderləri ilə görüşlər keçirəcək.