IMG-LOGO

Amerikalı qadın basketbolçu 43 yaşında vəfat edib

23 Feb 2026 18:28 52 baxış
IMG

ABŞ-li qadın basketbolçu, WNBA-nın sabiq oyunçusu Kara Brekston 43 yaşında vəfat edib.

"Report" xəbər verir ki, bu barədə "Women's National Basketball Association" (WNBA) məlumat yayıb.

Onun ölüm səbəbi açıqlanmayıb.

Karyerası ərzində Braxton WNBA-də "Detroyt Şok", "Tulsa Şok", "Finiks Merkuri" və "Nyu-York Liberti" komandalarının formasını geyinib və iki dəfə liqa çempionu olub.

O, həmçinin karyerasının bir hissəsində Rusiyanın "Nadejdi" klubunda çıxış edib və komanda ilə ölkə çempionatının bürünc mükafatını qazanıb.

Mənbə: report.az

Xəbər lenti