ABŞ-nin Livandakı səfirliyi regionda gərginliyin artması fonunda ehtiyat tədbiri olaraq onlarla əməkdaşını təxliyə edib.
"Report" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Livanın LBCI telekanalının məlumatına görə, söhbət diplomatik missiyanın əsas heyətinə aid olmayan əməkdaşlardan gedir.
Tədbir regionda vəziyyətin gözlənilən pisləşməsi ilə əlaqədardır.