IMG-LOGO

Marko Rubio İsrailə səfərini təxirə salıb

23 Feb 2026 18:59 3 baxış
IMG

ABŞ dövlət katibi Marko Rubio İsrailin Baş naziri Benyamin Netanyahu ilə İrana qarşı mümkün zərbələrin müzakirəsinin planlaşdırıldığı Təl-Əviv səfərini təxirə salıb.

"Report" xəbər verir ki, bu barədə AFP mənbəyə istinadən məlumat yayıb.

"Dövlət katibi Rubio hələ də İsrailə səfər etməyi planlaşdırır, lakin cədvəldə mümkün düzəlişlər olacaq", - o deyib.

Daha əvvəl ABŞ dövlət katibinin İsrailin Baş naziri ilə şənbə günü görüşəcəyi gözlənilirdi. Lakin İsrail KİV-in məlumatına görə, onun ölkəyə səfəri martın 2-nə planlaşdırılıb.

Xəbər lenti