IMG-LOGO

Naxçıvanda iki şəhər və iki rayonda içməli su təchizatı ilə kanalizasiya şəbəkələri qurulacaq

21 Feb 2026 12:27 4 baxış
IMG

Naxçıvan Muxtar Respublikasının iki şəhər və iki rayonunun bir sıra qəsəbələrində, kəndlərində içməli su təchizatı və kanalizasiya şəbəkələri qurulacaq.

"Report" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026−2030-cu illər üçün Tədbirlər Planı"nda öz əksini tapıb.

Plana əsasən, Sədərək rayonunun Heydərabad qəsəbəsi, Qaraağac və Sədərək kəndləri, Kəngərli rayonunun Qıvraq qəsəbəsi, Şahtaxtı, Xok, Qabıllı, Qarabağlar və Yurdçu kəndlərində içməli su təchizatı şəbəkəsi qurulacaq.

Bundan başqa, Ordubad şəhəri üzrə içməli sutəmizləyici qurğunun bərpası, Babək şəhəri üzrə içməli sutəmizləyici qurğunun tikintisi nəzərdə tutulub.

Eyni zamanda, içməli su təchizatının yaxşılaşdırılması məqsədilə yeni subartezian quyularının qazılması və infrastrukturun təkmilləşdirilməsi həyata keçiriləcək.

Xəbər lenti