IMG-LOGO

Azərbaycanda istehlak bazarı 5 %-ə yaxın artıb

21 Feb 2026 12:58 4 baxış
IMG

Bu ilin yanvar ayında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 6,8 milyard manat təşkil edib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə müqayisəli qiymətlərlə 4,6 % çoxdur.

Məlumata görə, ümumi dəyərin 78,1 %-ni pərakəndə ticarət dövriyyəsi, 18,7 %-ni əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri, 3,2 %-ni isə ictimai iaşə dövriyyəsi təşkil edib.

Qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2025-ci ilin yanvar ayı ilə müqayisədə 4,5 % artaraq 6,5 milyard manata bərabər olmuş, onun 45,7 %-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Hesabat ayında bir istehlakçı orta hesabla 660,2 manat və ya ötən ilin eyni ayı ilə müqayisədə nominal ifadədə 59,4 manat çox vəsait xərcləyib.

Xəbər lenti