IMG-LOGO

Rusiya ötən gecə Ukraynaya ballistik raket və 120 PUA ilə zərbə endirib

21 Feb 2026 11:45 5 baxış
IMG

Fevralın 21-i gecə saatlarında Rusiya Silahlı Qüvvələri Ukraynaya "İskəndər-M" ballistik raketi və 120 pilotsuz uçuş aparatı (PUA) ilə zərbə endirib.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

"Fevralın 21-i gecə saatlarında bir "İskəndər-M" ballistik raketi, həmçinin "Shahed", "Gerber", "İtalmas" tipli və digər növ 120 zərbə PUA-sı ilə hücum həyata keçirilib", - mətbuat xidmətinin məlumatında bildirilib.

Qeyd olunub ki, hücum nəticəsində 11 yerdə zərbə faktı qeydə alınıb.

Xəbər lenti