IMG-LOGO

Messi və Ronaldonun klublarının oyununda möhtəşəm qol

01.02.2024 23:23 99 baxış
IMG

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun müdafiəçisi Emerik Laport Amerikanın “İnter Mayami” klubu ilə yoldaşlıq görüşündə meydanın özlərinə aid hissəsindən cərimə zərbəsi ilə fərqlənib.

Lent.az xəbər verir ki, ispaniyalı qolu oyunun  12-ci dəqiqəsində vurub.

“Əl-Nəsr”də çıxış edən portuqaliyalı hücumçu Kriştiano Ronaldu zədə səbəbindən heyətə daxil edilməyib. "İnter Mayami"nin hücumçusu Lionel Messi ehtiyat oyunçular arasındadır.

Hazırda oyun 4:0 “Əl-Nəsr”in xeyirinədir.

29 yaşlı Laport 2023-cü ilin avqustunda “Əl-Nəsr”ə keçib. Bundan əvvəl o, beş il “Mançester Siti”də çıxış edib.

Xəbər lenti