IMG-LOGO

Prezidentin sosial şəbəkə hesablarında Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edilib

01 Aug 2026 22:06 3 baxış
IMG
0 0

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edilib. Lent.az xəbər verir ki, paylaşımda deyilir: "Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Heydər Əliyev mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar incəsənət xadimi, Xalq şairi Nəriman Əliməmməd oğlu Həsənzadə 2026-cı il avqustun 1-də ömrünün 96-cı ilində vəfat etmişdir. Görkəmli şair və dramaturq, tanınmış ictimai xadim, səmimi və təvazökar insan Nəriman Əliməmməd oğlu Həsənzadənin əziz xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaqdır".  

https://www.instagram.com/presidentaz/p/DbgWv9RtIv8/

 

Prezident İlham Əliyev Nəriman Həsənzadə

Mənbə: lent.az

Xəbər lenti