IMG-LOGO

Əraqçi Türkiyə və Pakistana ABŞ hücumları barədə xəbərdarlıq edib

02 Aug 2026 00:42 2 baxış
IMG

İranın xarici işlər naziri Abbas Əraqçi türkiyəli həmkarı Hakan Fidan və Pakistan Müdafiə Qüvvələrinin rəisi Feldmarşal Asim Munirlə telefon danışığı aparıb.

"Report" xəbər verir ki, söhbət zamanı son regional hadisələr, eləcə də regionda gərginliyin və qeyri-sabitliyin artma riski müzakirə edilib.

Əraqçi Amerika ordusu tərəfindən atıla biləcək addımlar barədə xəbərdarlıq edib və İranın milli suverenliyi, ərazi bütövlüyünü və təhlükəsizliyini müdafiə etməyə, eləcə də istənilən təxribata qətiyyətlə cavab verməyə tam hazır olduğunu vurğulayıb.

H. Fidan bu telefon danışığı barədə "X" hesabında yazıb ki, Türkiyə bölgədəki münaqişələrin sona çatması və davamlı sülhün bərqərar olması üçün səy göstərməyə davam edəcək.

Mənbə: report.az

Xəbər lenti