IMG-LOGO

Qaxda ağır qəza: futbolçu öldü, 4 nəfər yaralandı - YENİLƏNİB

01 Aug 2026 22:50 4 baxış
IMG
9 0

Qaxda baş verən qəzada ölən futbolçu imiş. 

Lent.az xəbər verir ki, “Şamaxı” futbol klubuna ağır itki üz verib.

Klubun U-13 komandasının üzvü Seyidəli Babazadə Qaxda baş verən dəhşətli qəzada həyatını itirib.

***

Saat 15:18

Qaxda ölümlə nəticələnən qəzanın təfərrüatları məlum olub.

Lent.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında Qax rayonu ərazisində qeydə alınıb.

“Mercedes” və “Niva” markalı avtomobillər toqquşub. Nəticədə “Niva”da olan sərnişin, 12 yaşlı S.Babazadə (oğlan) ölüb. Həmin avtomobildə olan digər sərnişinlər 42 yaşlı Əzizə Babayeva, 5 yaşlı oğlan uşağı, sürücü 46 yaşlı Ruslan Babayev və “Mercedes”in sürücüsü, 33 yaşlı Mehman Rüstəmli xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

*** 14:51

Qaxda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az xəbər verir ki, qəza zamanı "Mercedes" və "Niva" markalı avtomobillər toqquşub.

Nəticədə 12 yaşlı sərnişin hadisə yerində ölüb, 1 nəfər də xəsarət alıb.

Araşdırma aparılır.

Hadisələr yol qəzası

Mənbə: lent.az

Xəbər lenti